Satılır 2 otaqlı köhnə tikili 50 m², Nəsimi r.
28 may m/s yaxın
Şəhərin Tam Mərkəzində Prestijli Stalinka Binasında Dupleks Mənzil
Şəhərin tam mərkəzində, ən nüfuzlu və yaşıllıqla əhatə olunmuş ərazilərindən birində yerləşən bu zövqlü dupleks mənzil dövlət tərəfindən qorunan memarlıq abidəsi olan Stalinka binasında yerləşir. Tarixi memarlıq üslubu və mərkəzi mövqeyi bu əmlakı həm yaşayış, həm də investisiya baxımından dəyərli edir.
Ərazi parklarla əhatəlidir. Amerika və Türkiyə səfirliklərinə yaxın yerləşməsi təhlükəsizlik və prestij üstünlüyü yaradır.
Bina geniş, yaxın zamanda təmir olunmuş və mühafizə olunan həyətə malikdir. Həyətdə çoxlu yaşıllıq və uşaqlar üçün oyun meydançası mövcuddur — mərkəzdə nadir üstünlükdür.
Mənzil keyfiyyətlə təmir olunub və funksional planlaşdırılıb:
1 otaq, ideal şəkildə 2 otağa düzəldilib
Gün işığı ilə zəngin qonaq otağı
Geniş mətbəx
Aşağı mərtəbədə sanitar qovşaq
Yuxarı mərtəbədə geniş yataq otağı
2-ci sanitar qovşaq
Şəhərə açılan gözəl mənzərəli balkon
Bütün kommunal xidmətlər daimidir.
İstilik sistemi – kombi.
Çıxarış mövcuddur.
Əşyalı satılır.
Supermarket – 1 dəqiqəlik məsafədə
Həm rahat yaşayış, həm də gəlirli investisiya üçün ideal seçimdir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
OFİS HAQQI 1%

























































































































































